Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi

Gündəm 22:50 / 03.06.2023 Baxış sayı: 1371

“Dəyərli qardaşım, Azərbaycan Prezidentinə “Xoş gəldin!” deyir, təşrif buyurduğu üçün təşəkkür edirəm”.

Yenises.az   xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində bildirib.

Rəcəb Tayyib Ərdoğan mərasimə qatılan Özbəkistan, Venesuela, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Qırğız Respublikası və digər dövlət başçılarına, həmçinin Pakistanın Baş naziri və NATO Baş katibinə də xüsusi təşəkkür edib: “Mərasimə qatılan hər kəsə xüsusi təşəkkür edirəm”.