Şakir Xanhüseyn : - BİR SALAMDAN YANA

Ədəbiyyat 15:08 / 09.06.2025 Baxış sayı: 941

 

Alınların, üzlərin qırışlarına salam,

Gülə-gülə, a gözlər, göz yaşlarına salam...

Dan yerinə salamlar,

ən ucada

Ən dərinə salamlar...

Ey yol, o ayaqlar ki hey yürüməyi seçmiş,

bilmirlər səhər, axşam,

O başlar ki and içmiş, haqq üçün başdan

keçmiş,

olsun onlara salam...

Salam solmayan rəngdir-

. ağ göyərçin qanadı,

Ağlım, huşum həmişə

bir salamdan yanadı...

Salamı bir gül verək

təmiz qəlbə, pak ruha,

Kim özündə güc tapar

bir salamı aşmağa?..