İlgar Turkoglu :- Dostlar gününüz qutlu olsun!

Ədəbiyyat 22:01 / 09.06.2025 Baxış sayı: 1043

 

 

Könül istəməsə uçası olmaz,

Qanımda qaynayıb-yana dostlarım.

Bölmədim adını, hecası olmaz,

Qurban edər canı cana dostlarım.

 

Şuxam yəhərimin, atımın üstə,

Amalımın üstə, adımın üstə.

Unutsam qalanar yadımın üstə,

Varım-dövlətimdi, sana, dostlarım.

 

Kimlər sığınmadı isti qoynuma,

Könülsüz havalar düşməz oynuma.

Kimsə qoya bilməz minnət boynuma,

Çoxdan sildim yekəxana dostları.

 

Amal da, əməl də ilikdən keçir,

Qəlbimin sevinci diləkdən keçir.

Nə qədər istəsən ələkdən keçir,

Əyilməz şöhrətə-şana dostlarım!

 

Yollara ay tutan tuzağa düşməz,

Qəlbinə od düşən sazağa düşməz.

Türkoğlu, gözündən uzağa düşməz,

Nə bir səmtə, nə bir yana dostların!

 

 

16Adile Nezer, Pərvanə Bayramqızı və başqa 14 nəfər