-Ərdoğan  AÇIQLADI : -Putin Türkiyəyə səfər edə bilər

DÜNYA 08:18 / 30.03.2023 Baxış sayı: 1559

"Rusiya Prezidenti Vladimir Putin gələn ay Türkiyəyə rəsmi səfər edə bilər".

CNN  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib .

Onun sözlərinə görə, Putin aprelin 27-də "Rosatom"un inşa etdiyi ilk "Akkuyu" atom elektrik stansiyasının açılışında iştirak etmək üçün Türkiyəyə uça bilər. Eyni zamanda Ərdoğan planlaşdırılan görüşün onlayn baş tuta biləcəyini də istisna etməyib.

"Putin açılış mərasimi üçün aprelin 27-də Türkiyəyə uça bilər və ya mərasimdə onlayn iştirak edə bilər", - Ərdoğan bildirib.(Publika.az)