Elnur  Uğur Abdiyev  - DEYİL

Ədəbiyyat 09:13 / 20.04.2026 Baxış sayı: 284

İnsanlıq insanın qanında olur,

Qonşudan, ya göydən düşəsi deyil.

Bədnam əməllərçün doğulanların,

Bilirsən yaxşılıq peşəsi deyil.

 

Üzdə mələklər var, içi ilandı,

Görərsən bir anda ruha dolandı.

O haça dilində anla, bil andı

Qəlbdən başqa heç nə deşəsi deyil.

 

Başqa haqlar üstə bol haram yeyən,

Ay Elnur, nə çoxdur ruhu gündöyən!

Eşikdə hayqırıb kişiyəm deyən,

Hər kişi evinin kişisi deyil.