Bəhruz Niftəliyev - Bağışla, qadın
Bağışla, qadın
Sevmədim səni!
Ürəyinin qədrini
bilmədim sənin!
Saçlarını oxşamadım heç
Yovuşmadım ruhuna,
Toxtamadım heç.
Qaçdım hey səndən,
Səsinə dönmədim,
Mən səni ürəkdən heç vaxt öpmədim!
Bağışla, qadın,
Yanında ağlamadım heç!
Bilmədin nə çəkdiyimi,
Nə çökdüyümü,
Hər gün necə öldüyümü bilmədin heç!
Bağışla, qadın!
Nə sən mənə tay oldun,
Nə də mən sənə təşnə!
Boz boşluğun,
Buz yoxluğun qaldı mənə,
Başqa heç nə!
Bağışla, qadın,
Gülqabını, kül qabına çevirdim.
Ruhunu heç eylədim,
Günahlar girdabına çevirdim!
Mən səni… mən ki səni sevirdim,
Bağışla, qadın,
Məhəbbəti Tanrının kitabına çevirdim!
Allahımı danım indi, Tanrıyamı üz çevirim?
Dinə üsyan edim indi,
Qaydaları devirim?
Bağışla qadın, sonumuzu bilirdim!
Bilirdim!!!
Əlvida!
18.04.2026