Bəhram Bilaloğlu - Yolumu gözləyən adamlar artır
Ədəbiyyat
09:31 / 20.04.2026
Baxış sayı: 1002
Yolumu gözləyən adamlar artır,
Gözümə dikilən gözdən bilirəm.
Yarıya bildiyim məzlum olarsa,
Təvazö ömrümü düzdən bilirəm.
Necə gözəl olur dadı, təamı,
Açılan əllərə ruzi verəndə.
Seçilmiş deyiləm,fəqir bəndəyəm,
Almışam həzzini körpə dərəndə.
İmtahan yerimdir durduğu nöqtə,
Baxıram, dar gəlir nöqtəsiz həyat.
Vergül qoymadığım yerlərə baxdım,
Yoxsuldur, cılızdır qibtəsiz həyat.