Ankara Türk dünyasının turizm paytaxtı elan olundu

Maraqli 13:56 / 09.07.2025 Baxış sayı: 1449

Türkiyənin Ankara şəhəri Türk dünyasının 2026-cı il üçün turizm paytaxtı elan olunub.

Yenises.az xəbər verir ki, bu barədə qərar Türk Dövlətləri Təşkilatının mədəniyyət və turizm nazirlərinin toplantısında qəbul olunub.

Qeyd edək ki, bu gün Ankarada TDT-yə üzv və müşahidəçi ölkələrin mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir.