-Siz Ələsgər Əlioğlusunuz?

Maraqli 09:05 / 13.06.2025 Baxış sayı: 1170

Yazarların çoxu elə düşünür ki, onları hamı tanıyır. Əslində isə elə deyil. Üzünə salıb ortaya girməsən heç kim də biləsi deyil. Belə hərəkətə də həmişə ikrahla yanaşmışam. Buna gorə də sanatoriyada bir çoxları kimi yerləşdim. Öz haqqımda heç nə demədim.Səhəri gün orada işləyən bir qız mənə yaxınlaşıb soruşdu:

-Siz Ələsgər Əlioğlusunuz?

Mən cavab verdim:

-Xeyr, o mənim kiçik qardaşımdır. Nədir ki, bir-birimizə çox oxşayırıq?

Qız heyrət dolu bir baxışla dilləndi:

-Allaha and olsun, elə bil ki, ikiniz də bir almasınız!

Beləliklə, sanatoriyadan Ələsgər Əlioğlunun böyük qardaşı kimi ayrıldım...