Xəyalə Sevil - Səndə də nə ürək varmış...
Ədəbiyyat
08:48 / 06.07.2026
Baxış sayı: 290
Səndə də nə ürək varmış,
Əcəb unudurmuş, demək.
Məni başqa cür ağrıdır
Səni çoxdandı görməmək.
Səndən yaman nigaranam,
Bir xəbər ver uzaqlardan.
Günün kiminlə xoş keçir,
Kimlə üzülürsən orda?
Məndən nə xəbər, içində
Qırıq-sökük nəyim qalıb?
Bilirəm ki, unutmusan,
Yadında sevməyim qalıb...