Xatirə Rəhimbəyli - ÜRƏYİNİZƏ
Deyim ortalığa , bəlkə də çatdı
Sözümün sədası ürəyinizə
Divin xəlbirimi yapışıb qalmır
Bir eşqin nidası ürəyinizə ?!
Nə yaman nazilib təbiniz sizin
Təpəri dözümü yox qəlbinizin
Yamanca tez dəyir sevdiyinizin
Nazının hədəsi ürəyinizə
Yüz dəfə "sevən "var , bir yol ölmədi
"Sevdiyi "yüzündən biri gülmədi
Birinin hicrinə tab gətirmədi
Məcnunun qadası ürəyinizə.