Aləmzər Sadıqqızı - Səni ürəyimdə baş saxlayıram.

Ədəbiyyat 18:58 / 25.03.2026 Baxış sayı: 335

 

Hər gün ürəyimdə yüz şeir ölür...

Hər gün ürəyimdə yas saxlayıram...

Tanrım göylərindən bir yaylıq göndər,

Hər gün gözlərimi yaş saxlayıram.

Bu ömrü pay verən , alan da sənsən,

Hər iki dünyama qalan da sənsən,

İllərdir könlümə dolan da sənsən,

Səninçün qəlbimi boş saxlayıram.

Sənə irad tutur yerindən duran,

Bilmir əlindədir gedən karıvan,

Əlbət gələcəkdir mənim də sıram,

İçimdə cehizlik daş saxlayıram...

Mənə ilham verən payına şükür,

Günəşinə şükür, Ayına şükür,

Qışdan sonra gələn yayına şükür,

Mən Şükrü göz üstə qaş saxlayıram!

Məni aldatmadın nə var-kar ilə,

Sevgimi yönəltdin çicəyə, gülə,

Yaşasamda ömrü dirilə, ölə,

Səni ürəyimdə baş saxlayıram!

17.1.2025.