Xatirə Rəhimbəyli - Baax ,indi bir bomboş səhradı ömür

Ədəbiyyat 09:38 / 22.06.2026 Baxış sayı: 495

Baax ,indi bir bomboş səhradı ömür ,

Səhərdən -axşama sovurur zaman

 

Hey elədən-belə duyğularımı...

Baax,hər kəsdən küsmüş Məcnundu könül,

Vəhşılər sarıbdı dördbir yanını,

Gülüşün yol azmış Leylasa da ,baax ,

Məni sevənlərin qəmli baxışı

Bir qəlbi qan olmuş atasa da, baax,

Dönüşü yox daha Məcnun könlümün ...

 

Mənim xəyalımdı qum təpələri ,

O yandan bu yana sovrulur elə ,

Bu təşnə ürəyim bu səhralarda ,

Səhərdən axşama qovrulur elə...

Bulaqdı gözümün yaşı,yolçular

Bu qaynar çeşməyə "bəh-bəh " deyirlər .

 

Mənim ürəyimin qanıdı şeirim ,

"Mənə də ordan bir qədəh " deyirlər...

Kimsə bilmir axı mənim üsyanım

Bu qanlı dünyaya, qansız dünyaya...

 

Mənim Məcnun könlüm ovunacaqmış,

Bir Leyla zülflünün eşqiylə guya ...

Baax ,indi bir bomboş səhradı ömür ,

Səhərdən -axşama sovurur zaman

Hey elədən-belə duyğularımı...