Fərhad Tapdıqoğlu - Kəlamlar
Səsin tonu söz çəkisini itirəndə qalxar.
=
Söz qidası zəif olan fikir çox zaman "xəstə " olur.
=
Gecə yaxamdan yapışıb, məni sürüyə-sürüyə ömrümün növbəti səhərinə aparır.
=
Kiminsə qoltuğuna sığınmağınla deyil, ehtiyacı olanlara qoltuq ağacı olmağınla öyün,qürrələn.
=
Ona verilən lap kiçicik məsləhətə görə təşəkkür etmək mənəvi zəngin insanlara məxsus keyfiyyətdir.
=
İnsanlıq olmayan yerdə ləyaqət axtarmaq gülüncdür.
=
Əslində insanı heç bir yerdə ,heç nə gözləmir.
İnsan hər şeyi özü ilə aparır.
=
Ağacı içindən qurd yeyər,insanı dərd.
=
Özünü pislik eləmək istədiyi adamın yerinə qoymağı bacaran kəs,heç bir vaxt pislik etməz.
=
Hər çətinlikdə bir imkan görən adam nikbin,hər imkanda bir çətinlik görən adam isə bədbin adamdır.
=
Ədəb-ərkanlı olmaq,qəhrəman olmaq demək deyildir.Sadəcə onun alçaq,yaramaz işlərdən uzaq olması deməkdir.
=
Qorxa-qorxa ,astadan söylənilən həqiqət yazıq həqiqətdir.
=
Hər hansı bir yerdə olursa olsun,özünü artıq hiss eləyib,üzüsulu uzaqlaşırsansa,hər cür tərifə layiq birisən .
=
Qorxa-qorxa yaşayanların da,işləyənlərin də gözəl gələcəklərinə ümid etmək məncə inandırıcı olmaz .
=
Etdiyi səhvləri düzəldib,bir daha təkrar etməmək, insanın ən böyük bacarıq,qabiliyyətlərindən biridir.
=
Hər ağacdan yaxşı kötük olmaz.
=
İnsan əməllərinə nəzarəti itirəndə,"əməlləri azır."
=
Amalların ülvidirsə,xeyir əməllər daşıyıcısı olmağın mütləqdir.
=
Əgər istedadlı adam məhv olursa,əsas səbəblər aşağıdakılardır:
tənbəllik,avaraçılıq,istedadsızların arasına düşmək,ətrafında xainlərin,paxılların çoxluğu...
Mübariz olmamaq!
=
Xəyal yeganə yerdir ki, orada sənə irad tutmur,səni mühakimə etmirlər,səni izləmirlər,"gözün üstə qaşın var" belə demirlər.
=
Əgər adam heç kimi sevmirsə ,bəyənmirsə,onu kiminsə sevəcəyi inandırıcı deyildir.
=
Özü-özünə tərbiyə verməyi bacarmayan insan,başqaları tərəfindən həm çətin tərbiyə olunar,həm də çətin islah olunar .
=
Əgər insan paxıllıq edirsə,deməli paxıllığını çəkdiyi insanın ondan üstün olduğunu bilir .
=
Bu gün "vaxtım yoxdur" deyib bəhanə gətirərsən ,sabah gücün tükənə bilər,o birisi gün isə özün olmaya bilərsən .
Hər işi zamanında gör,yaşa!
=
İnsanın qəlbində məhəbbət qaynayanda ,onun nifrəti donmalıdır.
=
Nə xeyirxah,nə də səxavətli insan çətin ki,qənaətcil ola.
=
Hansı evdə çox vaxt bayram əhval-ruhiyyəsi hökm sürürsə ,orada mehribançılığın ,səmimiyyətin olduğu şübhəsizdir.
=
Gündüzlərim günlərimi "göy əskiyə bükür,bükür"...
gecələrin ağuşuna tullayır hər gün...
=
İnsana deyil,insanlığa xidmət etsən ,həyatının ən yüksək mükafatını əldə edərsən.
=
Əgər sən maddi cəhətdən bir kimsədən asılı deyilsənsə,artıq azad insansan.
=
Ünsiyyətdə olduğun adamlar gözəl insanlar deyil,"elə-belə " adamlardısa, uğur qazanacağına ümid eləmə...
=
Öz üzərində daima çalışan,mütaliə edən,mülayim xasiyyəti olan ,səbrli,inamlı insan,ağılla hərəkət edərsə,uğur qazanmaq şansı çox olar.
=
Bəzən kitablardan aldığın dərsdənsə,həyatdan aldığın dərsin( həyat dərsi) faydası daha çox olur.
=
Özünə hakim ola bilirsənsə,ən hünərli insanlar sırasındasan.
=
İnsanın qabiliyyəti,bacarığı iş prosesində təkmilləşir.
=
Sevgi ,məhəbbət dolu ürəklə nifrəti çökdürüb,məğlub etmək olar.
=
Səslərinin "yoğun yerinə" salan adamlar ,adətən haqsız olan ,"qabaqdan gəlmişlik" edənlərdir.
=
Ağıllı olmaq gözəldir.
Amma ağlın gücü ilə xeyirxah işlər görüb,sevilmək,nüfuz sahibi olmaq ikiqat gözəldir.
=
Səbrli olmaq-oturub gözləmək deyildir.
Əksinə fəaliyyət göstərib,tədricən hədəfə doğru irəliləməkdir.
=
Çətin məqamlarda özünə təsəlli,ürək-dirək verməyi bacardınsa,əlavə güc,qüvvət əldə etmək şansın artır.
=
Baxışlar da bucaqlar kimi olur:
iti
kor
düz.
=
"Hörmətli","sevimli ",şanlı" məktublar yazdığımız zamanlarda ,hörmət də,sevgi də ,"şan" da öndə idi,çox dəyərli idi.