Bəhram Bilaloğlu -  Düyünlənir sözlərim

Ədəbiyyat 09:30 / 22.06.2026 Baxış sayı: 1427

Düyünlənir sözlərim,

Kərbəla çöllərində.

Titrəyir tər qələmim,

Kufənin əllərində.

 

Kufəlilər səbəbdi,

Gözdən axan qanlara.

Hüseyn (ə.s)adına qıydı,

Qəsd etdilər canlara.

 

Necə yanmasın ürək?!

Rüqəyyə keçən yola.

Körpə qanın axıtdı,

Göz görə,aşkar ola.

 

Gözlərim unutmadı,

Keçdiyim tarixləri.

Bircə-bircə yad etdim,

Zirvəni,arxivləri.