18 yaşlı   ŞƏHİD

YAZARLAR 12:08 / 22.06.2026 Baxış sayı: 423

26 İyun-Silahlı Qüvvələr Günüdü 

Elvin  18 yaşında şəhidlik zirvəsinə ucalıb

 Vətənə, torpağa məhəbbət  Elvin Malik oğlu Şahmarlının  qanına, canına  ana südü ilə birgə hopmuşdu.  Odur ki, 44 günlük haqq savaşımızda   meydanda düşmənə qan udduran minlərlə qeyrətli oğlanların ön cərgəsində mərdliklə döyüşüb. Müqəddəs Qarabağın azadlığı naminə son damla qanını belə əsirgəməyib. Özü 18 yaşında şəhid olsa da,  canından artıq sevdiyi Vətəni alınmaz qalaya çevrilib. Qəhrəmanlığı  adını tarixin ən şərəfli səhifəsinə yazıb.  Dövlət tərəfində ölümündən sonra layiq olduğu “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin və Suqovuşanın azadlığına görə medalları  qısa ömrünə  daha bir şərəf qatıb. Cismi bu dünyadan getsə də, əbədi olaraq ürəklər köçüb. Axı, Vətən, torpaq uğrunda canından keçib şəhidlik zirvəsinə ucalmaq  hər adama nəsib olmur. Bu  zirvəyə ucalanlar isə  heç zaman ölmür.

2002-ci ildə qəhrəmanlar diyarı olan Biləsuvarın Əliabad kəndində dünyaya göz açan Elvin Şahmarlı  orta təhsilini başa vurub orduya yola düşüb. Evdən çıxanda başına yığılmış dost-tanışların  qarşısında  hər qarşı   torpağına, daşına  qəlbən bağlandığı doğma Azərbaycana  vicdanla, qeyrətlə  xidmət etməyə, qana susayan  murdar niyyətli dığaları qanda boğmağa  and içib.

Cəbhə bölgəsində cəngavər libasını əyninə  geyən  əsgər Elvin qısa  müddətdə   xidmət etdiyi hərbi hissədə öz intizamı, qorxmazlığı, cəsurluğu ilə  hörmət qazanıb. Qəlbində çağlayan Vətən sevgisi həmişə ona dayaq durub. Buna görə də  qatıldığı mühüm əməliyyatlar  zamanı  böyük fəallıq göstərib. Hərbi biliklərə, müxtəlif təyinatlı silahların sirlərinə dərindən yiyələnib.  Torpaq qeyrəti çəkə-çəkə  yağıya qarşı daha da amansız olub, hər an onlardan qisas  almaq üçün  məqam axtarıb. Həmin günlərdə özünü unudub Vətəni üçün yaşamaq əsas amalı olub. Dilindən düşməyən” Torpaq, əgər uğrunda ölən  varsa, Vətəndir” şüarı  həmişə onu döyüş meydanına səsləyib. Və ən əsası güclü, qüdrətli ordumuzun   tezliklə   qəsbkarları  məğlub edib Qarabağımızın tam azad olmasına ürəkdən inanıb.

27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda Elvin  birincilər sırasında silaha sarılıb Vətənin harayına yollanıb. Cəbhənin ən gərgin nöqtələrində gedən ağır savaşlardaəsgər yoldaşları ilə çiyin-çiyinə erməni işğalçılarına qarşı cəsarətlə vuruşub,  əsl qəhrəmanlıq nümunəsi göstərib. Hər döyüşdə  sarsıdıcı zərbələr vurmaqla  neçə-neçə erməni dığasının  axırına çıxıb, onları lərzəyə  salıb.

Qəhrəman Vətən sevdalısı  12 oktyabrda Suqovuşan  istiqamətində  gedən döyüşlərə girib. O, silahının hədəfinə tuş gələn işğalçıları bir-bir gəbərdib. Vətənə tuşlanan düşmən gülləsini sinəsi ilə  dəf edərək  gözlərini əbədi yumub. Elvinin  axitdiği  qan ulu  torpağın  bağrina sancılan zəfər  bayrağına dönür.

Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü