SÜLEYMAN ABDULLA - ADAMDA

Ədəbiyyat 10:35 / 22.06.2026 Baxış sayı: 537

 

Özündən beşbetər ağırdır sözü,

Ola ki, ağrıya vicdan adamda.

Özümü kölgədi, kölgəmi özü,

O yalan adamda, o dan adamda.

 

Dilinin altında zəhər mət nədir,

Tanrıdan qərar nə, Haqdan qət nədir.

Bilməz vəfa nədir, sədaqət nədir,

Etibar nə gəzir nadan adamda.

 

Nə sözlük qeyli var, nə halı qallıq,

Qıyıq gözlərinə yazılıb mallıq.

Nə düzgünlük olar, nə də halallıq

Haramı bal kimi dadan adamda.