Faiq  Balabəyli -  YANINA GƏLMİŞƏM, DUR ÖLDÜR MƏNİ

Ədəbiyyat 09:50 / 22.06.2026 Baxış sayı: 469

 

Yanına gəlmişəm, dur, hörmət elə,

mən ağac deyiləm, kol-kos deyiləm,

mən yarpaq deyiləm, budaq deyiləm.

Məni insan kimi xəlq edib Tanrı

mən dərddən-bəladan uzaq deyiləm

mənim də içimdə yüz cür dərd gəzir.

 

Yanına gəlmişəm, dur bir salam ver,

məni O, göndərib, göydən gəlmişəm.

Mən sənin qapını ümidlə açdım,

tələsik gəlmişəm, göynən gəlmişəm

ayağım torpağa dəyməyib mənim.

 

Yanına gəlmişəm, dur, mənə yer ver,

məni bu halıma bəndə salmayıb.

İlahidən gələn qərib səs kimi,

ürəyi oxşayan xoş nəfəs kimi,

sənin gözlədiyin qərib kəs kimi

yanına gəlmişəm, a bəndə, sənin.

 

yanına gəlmişəm bugündə sənin.

Dostdan inciyim yox, yaddan bezdiyim,

saplağı nazilmiş bir meyvə kimi,

ürək sındırdığın, ürək üzdüyüm

yadıma düşməyir, olmayıb, düzü.

 

Bu cavan yaşımda, bu gənc çağımda

çoxdan haxlamışam əllini, yüzü

heç kəs yada salmır nə gündür məni

yanına gəlmişəm, dur öldür məni