Xatirə Fərəcli - APARDI

Ədəbiyyat 22:00 / 27.03.2026 Baxış sayı: 212

 

Elə bulandırdın könül aynamı,

Düzəlib durulmaq illər apardı.

Söküb xatirəni tulladım yerə

Küləklər sovurdu, yellər apardı.

 

Əslində nə idi, nə oldu adı?!

Çəkib-çəkişdirdi doğması, yadı,

Çoxların qarsıdı alovu, odu,

Söhbətlər soyutdu, dillər apardı.

 

Gəlmişdim, qismətdə bir biyar ömür,

Bu biçilmiş ömrə di sığış, gömül,

Hər soyuq baxışdan çat verən könül,

Hər çatda nə boyda sirlər apardı.