Kəmalə Abiyeva Aydın qızı - Kaş ki

Ədəbiyyat 19:50 / 27.03.2026 Baxış sayı: 319

 

Göz yaşı dözümün son həddidir.

İntihar dözməyənlərin cəhdidir.

Ölüm dözümsüzlük səddidi.

Qaldım bu səddə.

Yaddaşın dözümsüzlüyündə

dözümsüzlüyümə ağladım.

Qınamayın məni.

Ağladım...

Hər damlada müharibə vardı.

Hər damlayla gözlərimdən tökülsəydi...

intihar etsəydi, ölsəydi...bir də geri dönməsəydi...

...........................................

Göz yaşları geri dönmür. Hər dəfə yenidir..

Ağrılar köhnəlmir yenilənir.

göz yaşları fərqlidi.

Nə vaxtdı yaş damır yer kürəsindən.

müharibə göz yaşıdır Yer kürəsinin, güllələr müharibənin ...