Mirqiyas Seyidsoylu-  118 YAŞLI FÜZULİ TEATRI ( davamı)

MƏDƏNİYYƏT 15:00 / 27.03.2026 Baxış sayı: 2213

27 mart - BEYNƏLXALQ TEATR GÜNÜDÜR.

 

(əvvəli  yenises.az-ın10  mart  yayımında)

" Rejissor kimdir ?..

Rejissorluq sənətinin mahiyyəti nədən ibarətdir ?

  Rejissor tamaşanı həm inzibati, həm də yaradıcılıq cəhətdən təşkil edən sənətkardır. Rejissorluq dram əsərinə obrazlı səhnə təcəssümü vermək, tamaşa qurmaq, bədii və ideoloji cəhətdən tamaşanı istiqamətləndirmək sənətidir " . ( profrssor Mehdi Məmmədov " Rejissor sənəti " Bakı - " Maarif nəşriyyatı. 1971 - 2021.) SSRİ Xalq artisti, görkəmli rejissor, professor Mehdi Məmmədovun rejissor sənəti haqqında vurğuladığı bu yüksək  yaradıcılıq keyfiyyətləri Füzuli Xalq Teatrının rejissoru olmuş, mərhum rejissor Adışirin Əliyevin yaradıcılıq məziyyətlərində özünü qabarıq şəkildə göstərirdi. O, tamaşaya hazırlanması nəzərdə tutulan seçilmiş hər hansı bir dram əsərinin ilk oxunuşundan son olaraq ictimai baxışına qədər görülən bütün yaradıcı, psixoloji, pedaqoji və inzibati tədbirləri heç nədən çəkinmədən öz üzərinə götürər, böyük məsuliyyət və müvəffəqiyyətlə yerinə yetirərdi. Peşəkar teatır sənəti yarandığı ilk günlərdən, həm də, məktəblərdə, klublarda müxtəlif yaş kateqoriyasından olan əmək və zəhmət adamları özfəaliyyət dram kollektivlərində yaxından iştrak edər, teatra olan sevgilərini tarixi və digər ədəbi - bədii  qəhrəmanların obrazlarında canlandırırdılar.

  Füzuli Xalq Teatrınınn rejissoru mərhum Adışirin Əliyev hər hansı janırlı bir pyesi tamaşaya hazırlayarkən səhnə sənəti

 

vasitələrindən mümkün qədər professional səviyyədə istifadə etməyə çalışardı. Buna nail olmaq üçün o, hər bir həvəskar aktyor üzərində ayrı - ayrılıqda fərdi qaydada iş aparardı. Bu da olduqca çətin olmaqla yanaşı həm də xeyli vaxt aparırdı. Lakin sonda ucqar əyalətdə böyük tamaşaçı məhəbbəti qazanmış mükəmməl bir teatr tamaşası yaranırdı. Onun Füzuli Xalq Teatrında 1960 - 70-ci illərdə hazırlamış olduğu Səttar Axundovun " Yağla kəməndi Bəndalı " eyni adlı komedyası bu gündə sadə əmək və zəhmət adamlarının qəlbində şirin xatirələrlə dolu iz buraxıb. Bir sovet kəndində kolxoz təsərrüfatının inzibati idarəçilik sistemidə baş verən möhtəkirlik və bürokrtik əməllər sonda kolxozun idarə heyətinin gülünc vəziyyətdə qalmasilə nəticələnir. Xalq əmlakını mənimsəyən müftəxorlar sonda xalqın qınağı və gülüşüilə üzləşir. Tamaşanın

 

süjet xəttində ardıcıl olaraq cərəyan edən  satirik səhnələr və hadisələr tamaşaçıda dövrün çatışmazlıqlarına qarşı ikrah hissi oyadırdı. Adşirin Əliyev bir rejissor kimi tamaşada olan bu məziyyətləri böyük rejissor ustalığı və trakotofkas ilə tamaşaçıya çatdıra bilmişdi. O, həm də tamaşanın əsas qəhrəmanı olan Bəndalı obrazının ifaçısı kimi bu rolu  xüsusi peşəkarlıqla yaradırdı. Rejissor yozumunun əsas özəlliyi tamaşada üç aktyorun böyük ustalıq qabliyyətini üzə çıxarırdı. Teatrın fədakar sənətçisi aktrisa Mələksima Həsənova, aktyorlar Adışirin Əliyev və Səfər İbrahimov üçlüyü Azərbaycan tetr sənətinin ustad sənətkarları, Xalq artistləri Nəsibə Zeynalova, Lütvəli Abdullayev, Bəşir Səfəroğlu üçlüyü ilə müqayisə edilirdi. Həqiqətən də bu üç sənət fədaisinin Füzuli teatrının inkişafı və təşəkkül tapmasında böyük xidmətləri olmuşdur. Bu gün

Füzulidə fəaliyyət göstərən Dövlət Dram Teatrı məhz bu üçlüyün fədakar əməyinin davamıdır...

    Füzuli teatrının zəngin tarixi keçmişində acı tarixi hadisələr və günlər çox yaşanmışdır. Bu mövzuda Azərbaycan ədəbiyyatının böyük klassiklərindən olan, Xalq yazıçısı İlyas Əfəndiyev yazır. "Sovet hökumətinin qurulması ilə yoxsullaşmış yerli bəylərdən olan Şamxal bəy Vəzirov bir dram dərnəyi yaratmışdı. Şamxal bəy ucaboylu, arıq, uzunsov, xoşsifət bir kişi idi. Uşaq vaxtımda bir dəfə mən, onu Süleyman Saninin " Laçın Yuvası " pyesinin tamaşasında Əmiraslan bəy rolunda görmüşdüm. O qədər canlı, o qədər təbii oynayırdı ki, obraz bütün faciəsilə birlikdə gözümün qabağındadır. Bizim balaca şəhərimizdə hamı onu sevirdi. Hamı ona hörmət edirdi. O, inqilabdan əvvəl də, sonra da, heç kəslə işi olmayan, həqiqi mənada "

 

yaxşı adam " kimi tanınan bir insan idi. Onun şəhərimizdə düzəltdiyi və özünün rejissorluq etdiyi dram dərnəyində istedadlı gənclər də var idi. Şamxal bəy onların köməy ilə " Məşədi İbad ", " Arşın mal alan ", " Zorən təbib " ( Molyer ), " Müfəttiş " ( Qoqol ), " Dağılan Tifaq " kimi tamaşalar qoyurdular. Və bu tamaşalar hər dəfə şəhər əhalisinin şadlığına səbəb olurdu.

   Lakin ona da Sovet hökuməti deyərdilər !

Ola bilməzdi ki, onun quruluşunda bir sevinc, bir xalq şadlığı axıra qədər davam eləsin. Şamxal bəyin qardaşı Surxay bəy Vəzirovu məhz bəy olduğu üçün iyriminci illərin o dəhşətli Sovet terroru dövründə günün günortaçağı ikən NKVD işçisi al dillə evdən küçəyə çağırıb, oradaca güllələyib getmişdi. Ömründə bir sərçəyə də güllə atmayan zavallı artisti isə, gecənin bir yarısı aparıb, Sibirin Buzlu Cəhənnəmində elə itirdilər ki, " gördüm " deyən olmadı....

 

   Müharibə vaxtı o balaca teatr yalnız FÜZULİ şəhərinin deyil, bütün Araz boyu Qarabağın sevinci olmuşdu. Onun rəhbəri Cəmil Vəzirovun da, gözəl səsi var idi. Lakin Ağabala Abdullayevin daha güclü səsi olduğu üçün meydanı ona vermişdi.

    Lakin, kim deyə bilər ki, sovet hökuməti, o quruluş insanların hansı xeyir işinə rövnəq verib, kömək eləyib ?! Müharibə zamanı FÜZULİ rayonuna bir raykom katibi qoymuşdular, bütün raykom katibləri kimi o da şüarlarına, yalançı, saxta fəaliyyətinə görə irəli çəkilmiş töhvə təbercehi kommunistlərdən idi. Bir gün nəyə görə isə gənc artistlərə acığı tutub. Hərbi komissara tapşırıb ki, " Müharibə vaxtı nə teatrbazlıqdır ? Bunları bas fronta ! "Komissarda hamısını basıb fronta !

   Beləliklə, hörmətli kommunist katib, xalqın yeganə sevinc ocağını söndürdü. Cəmil Vəzirov, Savalan Zülfüqarov, Təhməz

 

müharibədən qayıtmadılar. Ağabala Abdullayev səhnədən, teatrdan uzaqlaşdı. Əgər səhnə fəaliyyəti davam etsəydi, onun böyük opera artisti olacağına şübhə yox idi. "

    Təəssüf ki, tarixin bütün dönəmlərində iblis xislətli şeytanlar bəşəriyyətin bəlası olmuş, var və olacaq....

 

Ardı var...