Sevil Azadqızı -" PAYIZ YAĞIŞLARI"-ından  yazdı

YAZARLAR 18:54 / 27.03.2026 Baxış sayı: 859

Ələddin Əzimli Poeziyasına Ədəbi Bədii Baxış

 

Payız yağışları başladı yenə,

Kəsənə oxşamır, yağır havaxtdır.

Yağır narın-narın, hey dönə-dönə,

Axşamdan başıayıb, indi sabahdır.

 

 

Kim bilir, neçə gün ötəcək belə,

Payız buluduna dönəcək izlər.

Küləklər çapacaq belədən-belə,

Sifətdən dönəcək dərələr, düzlər.

 

Sonuncu yarpaqlar-ümid yarpağı,

Yüz əllə budaqdan yapışacaqdır.

Toplayıb gücünü ölüm qabağı,

Yağışla, küləklə çarpışacaqdır.

 

 

Rayızın bir əli qışın əlində,

Bir əli hər şeyi yıxır, dağıdır.

Payız həcv deyir yağış dilində,

Sonuncu yarpağın səsi ağıdır.

 

 

Payız yağışları yağar aramsız,

Baxmaz ağacların titrəməsinə.

Küçələr adamsız, yollar adamsız,

Ürəklər köklənib yağış səsinə...

 

 

Şeirin Bədii Təhlili:

Ələddin Əzimlinin "Payız yağışları" şeiri təbiət mənzərəsi fonunda dərin psixoloji sarsıntı və fəlsəfi kədəri əks etdirən lirik bir nümunədir. Əsas mövzu payızın gəlişi ilə təbiətdə və insan ruhunda yaranan durğunluqdur. Yağış burada sadəcə təbiət hadisəsi deyil, həm də keçib gedən ömrün, bitən ümidlərin simvolu kimi çıxış edir.

Müəllif metaforalardan "payızın bir əli qışın əlində" və təşbehlərdən "sonuncu yarpaq – ümid yarpağı" məharətlə istifadə edib. Yarpağın yağışla "çarpışması" və səsinin "ağı" mərsiyə kimi təqdim olunması canlandırma üsuludur ki, bu da təbiətə insani ağrı bəxş edir.

Şeir axıcı, lakin ağır bir ritmə malikdir. "Narın-narın", "aramsız" kimi ifadələr oxucuda sonsuz bir təklik və hüzn duyğusu yaradır. Son misralardakı "adamsız küçələr" obrazı tənhalıq motivini pik nöqtəyə çatdırır. Şeirdə fəlsəfi yük payız həyatın qürub çağı, sonuncu yarpaq isə ölüm qabağı son dirəniş kimi əks olunur.

Müəllif payızın həm qurucu (təbiətin dövranı), həm də dağıdıcı gücünü qarşı-qarşıya qoyur. Sizə cansağlığı, xoş ovqatlı ömür arzulayıram, dəyərli ziyalımız Ələddin müəllim! Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq. Ədəbi təhlil-tənqidçi. AJB-nin üzvü. Yazar-publisist 27.03.2026