Arzu Hüseyn - Ən çox ağladığım gecə,
Ədəbiyyat
12:21 / 27.03.2026
Baxış sayı: 408
Ən çox ağladığım gecə,
Ən çox güldüyüm səhər.
Xəbərin olmur, olmasın,
Bu gün çətin gün çıxa,
Bu gün yağışdır şəhər.
Bax, ürəyim o ürək,
Nə köhnə, nə təzə tər.
Görüşümə gəlmədin,
Eynidir bəhanələr-
Bu gün yağışdır şəhər.
Gizlənib yuvasında
Qara gözlü sərçələr.
Yollar — su yarışması,
Ay halımdan bixəbər,
Bu gün yaman sənsizəm,
Bu gün yağışdır şəhər...