Vahid Paşayev : - DÜŞÜNCƏLƏR

Gündəm 08:15 / 07.02.2025 Baxış sayı: 2644

...qaranlıq,lakin ana bətnindəki rahat yatağı ilə vidalaşıb dünyaya göz açan gündən soyuq,nəfəs darlığı gətirən bir mühitə,abu havaya düşüb,sinsidilib sındırılan,haqqı əlindən alınıb kölə vəziyyətinə salınan,hər an alçaldılan,günü göy əskiyə bükülən çarəsizlərin halını güzgü tək əks etdirən,daş qəlbləri didərək qum halına salan həzin elegiya,...

Özünəməxsus həyat adlı kitabının səhifələrində bir ədəd olsun belə ağ vərəqi qalmayanların ömür payına düşən kədər,qəm,üzüntü dolu və emosiyaları titrədən həzin musiqi,...sonu görünməyən əzablı bir yolun yolcularına rahatlıq gətirən göz yaşları.