Adilə  Nəzər - GƏLMİRSƏN

Ədəbiyyat 10:53 / 18.03.2026 Baxış sayı: 187

 

Dersən ki, aşiqsən, amma

Dilə gəlmirsən, gəlmirsən.

Sən necə bülbülsən axı

Gülə gəlmirsən, gəlmirsən.

 

Bitmir özünlə savaşın,

Pəncərədən gəlir daşın.

Uçub gedir yaşılbaşın,

Gölə gəlmirsən, gəlmirsən.

 

Qalmayıbmı yol düzünə,

Tutacaq yoxmu üzünə?!

Düşüb ceyranın izinə,

Çölə gəlmirsən, gəlmirsən.

 

Bir az solğun, bir az yorğun,

Başımızda duman, çovğun,

Lal göl olmusan, bir coşğun

Selə gəlmirsən, gəlmirsən.

 

Hissinlə Gün tək aşkarsan,

Həbs edən, həm xilaskarsan,

Mən dəli, sən inadkarsan,

Yola gəlmirsən, gəlmirsən.

 

Adilə, yenə gülürsən,

Bir gün külsən, bir gün gülsən,

Uralanıb tökülürsən,

Ələ gəlmirsən, gəlmirsən.