Şövkət Zərin Horovlu- Görmüşəm
Ağıl çaşıb, huş seyrəlib,
Ürək yandıqca kpvrəlib.
Dünya mənimlə kəc gəlib,
Onun vəfasın görmüşəm.
Dartılıb sevda düyünü,
Kim vurubdir bu düyünü?
Ta neynirəm mən sevgini,
Onun cəfasın görmüşəm.
Asan tova yatan oldum,
Nə axdım, nə də duruldum.
Qəfil arxadan vuruldum,
Namərd qisasın görmüşəm.
Yedəyimdi qəm əlində,
Gözüm bulud nəm əlində,
Bir də üzmərəm dərində ,
Qəmin dəryasın görmüşəm
Ömür əynimdən sürüşür,
ilimdən günlərim düşür.
Karvan sahilə yetişir,
Şövkət ,röyasın görmüşəm.