Elnur Uğur Abdiyev- AYILDIM

Ədəbiyyat 15:16 / 02.04.2026 Baxış sayı: 128

İlahi,bu nə yuxu idi,

Gördüm,yaşadım,ayıldım?!

Çox sevdiyim dünyanı da,

Sevdim,boşadım,ayıldım!

 

Gözlərim qana batmışdı,

Səsim sənəcən çatmışdı.

Yatanda mən ət yatmışdım,

Oldum daş adam,ayıldım!

 

Məhəbbətindi əynimdə,

Soyundum ki,geyinim də.

Gördüm aparır çiynində

Məni beş adam,ayıldım!