Aləmzər Sadıqqızı - Könlünə dəyməyin atasız qızın...
Könlünə dəyməyin atasız qızın...
Onlar ürəyinnən yetim olurlar...
Söhbəti çox olur , sözü çox olur
Bir az xasiyyəti cətin olurlar...
Dodağı gülsədə gözləri gülməz...
Urəkdən danışmaz ürəkdən sevməz..
Bir sözün söyləsə birin söyləməz..
Hər sözdən qırılan itən olurlar....
Hamıya yetişər , hamıya çatar ...
Özünü alova , odlara atar.
Biri kövrələndə o yasa batar..
Hər kəsin dadına yetən olurlar...
Dayağı , köməyi, arxası olmaz....
Göynən yeriyənlər onları almaz...
Namərdə əyilməz, pula satılmaz
Özü öz içindən bitən olurlar...
Yalan söyləməzlər, qeybət bilməzlər
Hiyləni , riyani , kini sevməzlər..
Dünyanı versələr yenə gülməzlər
Hər acı kəlmədən ötən olurlar..
Döyər yağış onu , döyər qar onu..
Bir qəmli nağıldı bilinməz sonu.
Kədərdən , həsrətdən biçilər donu,
Dərdə dözə-dözə mətin olurlar...
Ay Aləm, gözünün yaşını qurut...
Atanla güldüyün günləri unut...
Bilirsən əzabdan yanan ürəklər
Tüstüsü gözündə tütən olurlar.
27.12.2014