VƏDƏ YERİMİZ OLMADI - Namiq Dəlidağlı

Ədəbiyyat 09:59 / 02.04.2026 Baxış sayı: 139

 

Ay niyə gəlmədi göyə -

vədə yerimiz olmadı.

Göydən əlimiz üzüldü -

nə də yerimiz olmadı.

 

Bu yer, bu göy dardı bizə,

başqa harda yer qaldı ki?...

Hər şeyi açıb danışdım,

hamı bildi — sirr qaldı ki?...

 

Özüm də yaxşı bilirəm,

belə sirr saxlamaq olmaz.

"Şairlər ulğumsuz olur" -

demək, bel bağlamaq olmaz.

 

Dərd eləmə, ağrın alım,

bircə vaxtı de, görüşək.

Nenirik ey özgə yeri,

gəl, ürəyimdə görüşək...

 

28.03.2026