Əşrəf Veysəlli - ÜZ-ÜZƏ GƏLMİŞİK…

 

Ədəbiyyat 08:30 / 02.04.2026 Baxış sayı: 124

 

Ay sözü gerçəyim, məni bağışla,

O gün bu dünyanın yalan günüydü.

Bütün çiçəklərin, bütün güllərin,

Bütün çəmənlərin solan günüydü.

 

Yağırdı sinəmə qəm löyün- löyün,

Bağrımın başında dərd düyün- düyün.,.

Əgər imanmırsan, günü də deyim,

Deyim- filan ayın filan günüydü.

 

Gözüm çox yamanı, yaxşını görüb,

Ömrün payızın, qışını görüb.

O gün əzrayılın ,işini görüb,

Üzümə qımışıb gülən günüydü.

 

Külli- kainatın dağılıb uçan,

Qəlbinin min yerdən ağrıyan, sancan,

Düzlərin ayağım altından qaçan,

Dağların üstümə gələn günüudü.

Onsuz bircə gün də gün görməmişəm,

Dolub gözlərimə çən, görməmişəm…

Üz- üzə gəlmişik,.. mən görməmişəm…,

Bağışla,..

anamın…

ölən günüydü.

2020- ci il.