Əlizadə Nuri - Yadında qalan qədərəm

Ədəbiyyat 09:40 / 02.04.2026 Baxış sayı: 129

 

Günah sənsən, günahkar mən,

Cəza almış can qədərəm.

Bütün qanımı tökmüsən-

Yerdə qalan qan qədərəm...

 

Nə ağırmış şərtin, Allah?

Bu bəşərdi, şərdi Allah?

Dünən bir şəhərdim, Allah

Bu gün xaraban qədərəm.

 

Bu kül ki, yandığım deyil,

Verdiyim-aldığım deyil.

...Yanında qaldığım deyil-

Yadında qalan qədərəm...