Saqif    Qaratorpaq - Məni xoşbəxt etməyə

Ədəbiyyat 18:21 / 08.06.2026 Baxış sayı: 407

***

Məni xoşbəxt etməyə

Bircə baxış da bəsdi.

Qaçıb sənə gəlirdim,

Qarşımı illər kəsdi.

 

Çox heyif,hünərim yox

Eşqdən dəli olmağa.

Nə getməyə güc tapdım,

Nə yanında qalmağa.

 

Mən də ağıllı çıxdım,

Neynim,adam olmadım.

Bir gecə səndən ötrü

əriyən şam olmadım.

Məni həyat aldatdı,

Qaçdım çörək dalınca.

Cəsarətim çatmadı

Gedəm ürək dalınca.

Ha yüyürsəm,ha qaçsam

Çatmaz sənə əllərim.

Eh,mən çoxdan ölmüşəm...

Sənin də yox xəbərin.