Aləmzər  Sadıqqızı - Könlündə apar

Ədəbiyyat 13:46 / 07.06.2026 Baxış sayı: 338

 

Bəzən kövrəlirəm körpə uşaq tək,

Bulud tək yağmağa yer axtarıram...

Səni həyatıma köçürmək üçün,

İçimdə ən gözəl yer saxlayıram...

 

Elə tut əlimdən əllərim gülsün

Səninlə bir günüm bir əsr olsun...

Ömür var bir günə dəyməz əzizim...

Sən ol yar, qalanı qoy kəsir olsun

 

Nə var istəyirəm nə də ki dövlət,

Aləmin ürəyi ən gözəl saray...

Tanrıdan bizimçün tək diləyim var...

Məni son mənzilə könlündə apar...

6.6.2025