Rəfail Tağızadə -Ümidə bax, İlahi
Ədəbiyyat
10:15 / 06.06.2026
Baxış sayı: 392
Bu nə ölüm-itimdi,
bir nəfəsin içində.
Sən niyə çırpınırsan
boş qəfəsin içində?
Sən qanadsız quşmusan,
qonmağa yermi qəhət,
hardan tapdın sən məni
sevməyə yoxmu “cəsəd”.
Çək əlini əlimdən
məni yoldan saxlama,
özüm ümid gəzirəm
mənə ümid bağlama.
Bu divarsız evimdə
fələk qapımı döyür,
şair ümidinə bax,
bəxtsiz də bəxtin öyür.