Adil Şirin - Üzü qibləyə durub...

Ədəbiyyat 14:50 / 06.06.2026 Baxış sayı: 342

* * *

Üzü qibləyə durub,

Mən bir and içə bilmirəm.

Dünyadan köçərəm dedim,

Dünyadan köçə bilmirəm.

 

Diz qoyub ağac əkirəm,

Min dərdə əlac əkirəm.

Çarəsiz bir ah çəkirəm,

Mən ahdan keçə bilmirəm.

 

Şirin dərdlər yedim sənsiz,

Üzüm ağdır dedim sənsiz.

Ölüm haqdı dedim sənsiz,

Mən ahdan keçə bilmirəm.

 

Bu dünyaya bel bağlama,

Göydə Aya bel bağlama.

Gülüm, Allah var ağlama,

Allahdan keçə bilmirəm.