Əbülfət Mədətoğlu - Yaşayıram...
Ədəbiyyat
10:29 / 06.06.2026
Baxış sayı: 340
Ümidlənib səslə, mehlə
Üz-gözümü yudum şehlə...
Bir az "ah"-la, bir az "eh"-lə -
Yaşayıram...
.
Dərd əbədi -qarı düşmən,
Yarı dostu, yarı düşmən!
Bilə həsrət - barı, düşmən -
Yaşıyıram...
Əridikcə ünüm- ündə,
İtib -batır günüm gündə!..
Bilən yoxdu hansı gündə -
yaşıyıram!
Boşdu ömür qalaçası,
Qalaların balacası!..
Baxır gözün alacası -
yaşıyıram!..
Güc qalmayıb hay salmağa
Selbə atıb - pay salmağa....
Dəyərmi, belə qalmağa-
yaşıyıram?!