Əli Hacı Ağaevli -Hamı unutdu məni

Ədəbiyyat 21:15 / 06.06.2026 Baxış sayı: 149

Hamı unutdu məni,

İtildim gözlərindən !

Çıxıb getdim özümə,

Tanrının “qul” sözündən !

 

Ürək üstdə bir əlim,

Olmaq-sözdü kəfənim !

Dağımda öz-dəfinim...

Məzar gəzmə düzündən !

 

Çəkildim qırağ-qırağ,

Büküldüm yumağ-yumağ !

Haqq ölübdür üzü ağ,

Olun qara üzündən !

Sağ əlini çək başa,

Bu dərdi çəkək qoşa !

Qara şəkilin daşa,

Gözəl düşür özündən !

Unuduldum İlahi !

Yol-yonuldum İlahi!

Bu yer,bu göy,su-ahım,

Yonulubdu dözümdən !