Bəhruz Niftəliyev - Darıxıram gəl!

Ədəbiyyat 09:51 / 08.06.2026 Baxış sayı: 286

Yğılıb, yığışıb bir küncə belə,

Daşlaşıb, daralıb bu küçə belə?

Əllərim həsrətdir o incə belə

Darıxıram gəl!

 

Ruhuna qanad al, uçan yerinəm,

Hər küncdən-bucaqdan qaçan yerinəm,

Köksümdə köz olan, yanan yerinəm,

Darıxıram gəl!

 

Bir tumar, bir sığal ötüm saçından,

Ehmalca, yavaşca öpüm saçından,

Üşüyən ruhuma örtüm saçından,

Darıxıram gəl!

07.06.2026