Əbülfət Mədətoğlu - ÜRƏYİM

Ədəbiyyat 10:13 / 08.06.2026 Baxış sayı: 338

Sıxıntısı hiss olunmur duyulmur-

Təkliyinə bükülübdü ürəyim.

Elə bilmə daşlaşıbdı - soyulmur -

Neçə yerdən sökülübdü ürəyim!..

 

Heç adımı eşitmədim dilindən

De nə çəkdin sən mən adlı dəlindən?

Ovcundaydı, elə sıxdın əlindən-

Çiliklənib tökülübdü ürəyim!t

 

Həmsöhbətəm sorağınla, sədanla

Buna görə nə inci sən, nə danla!..

Gecə, gündüz baxışınla, ədanla -

Şumlanıbdı, əkilibdi ürəyim...

 

Kipriyimi suya salır bu gilə

Varlığımı hisslərinə yurd elə...

Bu manqalın közü çoxdu, su çilə -

Artıq şişə çəkilibdi ürəyim!