Vaxt ilə ölçülmür sevənin yaşı - Şahverən Cavad

Ədəbiyyat 09:24 / 08.06.2026 Baxış sayı: 275

 

Ağıldankənardır dəli sevdalar ,

İlahi sevgilər Tanrıdan gəlir .

Ömrün bir bitməyən cümləsi - sevgi ,

Əvvəl eşq - ömürsə sonradan gəlir .

 

Damardan məhəbbət qan kimi axsa ,

İnsan bu dünyaya sevgiylə baxar .

Göydə buludlar da qovuşan zaman ,

Sevda alovundan şimşəklər çaxar .

 

Tanrı qoşa çəkib alın yazını ,

Gözləri bağlayan sehir - sevgidir .

Sevən ürəklərin cazibəsilə

Yer , oxu boyunca fırlanır , gedir .

 

Sevən ömürlərin zamanı olmaz ,

Vaxt ilə ölçülməz sevənin yaşı .

Mələyə dönəcək dünya sevənçün ,

Ləl tək görünəcək , ən çopur daşı .

 

Ulduzların nuru , güllərin ətri -

Çayları dənizə çəkən sevgidir .

Qayada şəlalə , sahildə dalğa ,

Sevgisi yolunda intihar edir .

07 . 06 . 2026