Şakir Xanhüseyn -KİM şeiri...

Ədəbiyyat 13:39 / 06.03.2026 Baxış sayı: 452

KİM şeiri...

Bir səs də,

söz də,

bilsən, bir nəfəs də bir kim...

Yolda bir izə baxıram,

varaqda imza, baxıram

o bir kim-

ya sən, ya mən...

Üzümüzdə bir sığal,

saçımızda tumar

var, bir kim...

İrəli, geri bir qədəm,

qəddənən qələm,

sevinc, qəm- bir kim...

Bir hənir duyulur harda-

dağda, dərədə,

bəzən qəlbində

bir xatirə də

elə bir kimsə- bir kim;

Ey o bir kim, salam,

sənə qalır ürəyim, salam...