Kəmaləddin Qədim : - AXİRƏTİN BAYRAM OLSUN
Ha nur saçsın o künc, bu künc,
o tin, bu tin, bayram olsun.
Dəyməz mən deyən bayrama
istərsə min bayram olsun.
Nə vaxt, nə də zaman gərək,
Canım, canana can gərək.
Olsun dində iman gərək,
imanda din, bayram olsun.
Nə var dildə, sözdədisə,
Düz hələ də düzdədisə.
İçdə deyil, üzdədisə
bayram çətin bayram olsun.
Nə yazıbsa Yazan, yaşa,
Eşit beş vaxt azan, yaşa.
Bir ömrü Ramazan yaşa
axirətin bayram olsun...