Ələsgər ƏLİOĞLU  - EŞQİMİ SƏN YERƏ VURDUN

Ədəbiyyat 12:00 / 21.03.2026 Baxış sayı: 162

 

Baş-başa verdikcə qəm də, qəhər də,

Bizim aramızdan çəkdi çəpər də...

Korun-korun yandı xatirələr də,

İllərlə beynimdən çıxdı tüstüsü...

 

Xəyalım qarışa-qarışa qaldı,

Çəmənim də qarğı-qamışa qaldı...

Hər sözün qırışa-qırışa qaldı,

Daha yaddaşımdan getdi ütüsü...

 

Özümü yollarda havayı yordum,

Yadların sözüylə oturdun, durdun...

Eşqimi göylərdən sən yerə vurdun,

Hələ də tapılmır "qara" qutusu...

10.01.2025