Vahid  Aslan -  Bahar nəğməsi

Ədəbiyyat 13:58 / 21.03.2026 Baxış sayı: 215

 

Belə görməmişdim dağları hələ,

Ey sözüm, nəzər sal çəməndə gülə;

Oxuyan bulağın səsini dinlə,

Nazlanan baharın rəsmini çək, get!

 

Bahar nərgizindi, yaz bənövşənin.

Boyuna biçilib naz bənövşənin.

Ruhum, dərədəki qız bənövşənin

Getsən görüşünə, yığışıb tək get!

 

Yazın havasına oynayan çaya,

Atılmaq istəyir mamırlı qaya;

Gəlimli-gedimli qoca dünyaya,

Şair, qələminlə bir cığır ək, get!

Gədəbəy: 22.03.2023