Hamı" getdi "deyib haray qoparır - Xatirə Rəhimbəyli
Hamı" getdi "deyib haray qoparır
Gedənlər hayana gedib ki, gəlmir?
Ya bəlkə gedənin bəxti gətirib
ALLAH imdadına yetib ki, gəlmir ...
Baxırsan qismətin ötür yanindan
Allah, bu nə sınaq, bu nə imtahan ?!
Yəqin bir az çaşıb o tale yazan :
Bir az sürüşdürmə edib ki, gəlmir...
Gərək bu viranda saralıb-solam
Yıxılıb minarəm, uçulub qalam.
Bir az ərköyünəm, bir az cığalam
Yəqin qulağına çatıb ki , gəlmir...
Həsrəti yer qoymur din-imanımda,
Eləcə qövr edir qorxusu qanda .
Çürüyür ürəyim bu daş zindanda
Əlləri qanıma batıb ki, gəlmir.
Xatirə , bir ömür oldu bəkçisən
Gözlərin cuvardı, sən çiçəkçisən
Gəlməz bir ömür də qəhrini çəksən
Gedənin gedibdi ...gedib ki... gəlmir ...