Adil Şirin - BİLİRSƏNMİ

Ədəbiyyat 11:42 / 26.03.2026 Baxış sayı: 433

 

Gülüm, yağan bu yağış

Bir naxışdı, bir naxış,

Amma təsəlli deyil.

Bu sevdanın taleyi,

Kimsəyə bəlli deyil.

Bilirsənmi bu dəniz,

Göz yaşı olar sənsiz.

Ömrün bu fəsilində,

Qağayılar ağlayır

Dənizin sahilində.

Bilirsənmi hər gecə

Ay doğunca, gizlicə

Ruhum bədəndə oynar.

Dəniz sakitdir... bu gün

Könlümdə fırtına var...

Adil Şirin