Bəhram Bilaloğlu - Baharın gözəlliyi
**
Baharın gözəlliyi
Ömrümün qədəridir.
Açılmayan çiçəklər,
Sevgilər hədəridir.
**
Hədər olan saatlar
Zaman içindən keçir.
Eşqə ümid bağlayan
Haqqın suyundan içir.
**
Oyanır içimdəki
Təbiət əfsanəsi.
Paslanan fikirlərin
İşləyir tərsanəsi.
**
Hər il ömrə təravət,
Yaşıl oyanış gəlir.
Böyüyürəm şüurla,
Yaşım, fikirlər dəlir.