Əlirza HƏSRƏT-   XÖŞCA QALSIN

Ədəbiyyat 14:30 / 26.03.2026 Baxış sayı: 391

 

 Yağışım da sən,dolum da,

Bir az daldalan qolumda.

Ayaq izlərin yolumda,-

Qoy torpaqca,daşca qalsın.

 

Gülür üzümüzə dan da,

Cilvələnir dağ dumanda.

Dəni sovulmuş xırmanda,

Kimsə yox ki quşca qalsın.

 

Yandı eşqin gur işığı,

Çağır gəlsin yar,aşığı.

Ahımızın yaraşığı,

Xatirələr xoşca qalsın.