Fərhad Tapdıqoğlu - YOLLAR

YAZARLAR 08:12 / 18.06.2026 Baxış sayı: 576

Düşüncələr

 

Yol var,sənin əlindən tutub aparır...

Yol var sənin yaxandan darta-darta aparır...

Yol var özün onun əlindən tutub gedirsən...

Yol var,özün açırsan,özün gedirsən, o sənin öz yolun olur...

=

Torpaq yol...daş yol...asfalt yol...beton yol...su yolu...hava yolu...

dağ yolu...

Yollar...Yollar...

Bu yolları uğurla keçib,mənzil başına çatmaq üçün ən əsası əzm,iradə ,həvəs,hünər,səbr...həm də bir balaca bəxtin ola ...

=

"Düz yolda " olmayanların çoxu günahı özlərində deyil,yolda görürlər...

=

Bu gün asfalt yolda şütüyənlər ,yaddan çıxarmayın ki,daşlı-kəsəkli yoldan asfalta çıxmısınız...o nahamar,tozlu-torpaqlı,palçıqlı yollardan qarşınıza yenə çıxa bilər..."buksavatdıyarsınız"...

=

Yollar danışır:

"Bizi dünyaya gətirdilər ,hələ körpə ikən dağıldıq,parçalandıq...

Sonra bizə yamaqlı paltarlar geyindirdilər...

Neçə dəfə yamaqlarımızı dəyişdilər.

Biz- beton yollar,asfalt yollar nələr yaşadıq...

İnsanlar bizi əzdilər, sökdülər,yenidən düzəltdilər,guya "sağlamlığımızı bərpa " etdilər...

Normadan artıq yük daşıyan maşınlar da bizə zülm edirlər,dağıdırlar...

Bizi çox yorurlar,büdcəni isə "yolurlar"...

=

Yolda sürüşdü uşaqlar...

Yollar "sürüşdü"...

=

Yamaqlı paltarlar...

Yamaqlı yollar...

=

Asfalt yollar da insan kimidir.

Onlar da "qocalanda" sifətləri qırış-qırış olur...

Tez "qocalan" yollar da var...gec "qocalan " da...

=

İnsan getdiyi yolu başa çıxana,mənzil başına çatana yaxın arxaya baxır,keçdiyi yolları xatirində canlandırır həmişə...

=

Həyatda tutduğun yol əvvəlində tozlu-torpaqlı daşlı-kəsəkli olur...nəhayət magistral yola çıxırsan.

Əvvəlki yolları düz keçə bilsən də,magistral yolda sağa da,sola da,arxaya da,qabağa da baxmağın mütləqdir.

Bu yolda sənin vurulma ehtimalın daha çoxdur...