Firidun    Ağazadə -   Bir sevgi qıymadı bizə

Ədəbiyyat 20:41 / 17.06.2026 Baxış sayı: 122

***

Bir sevgi qıymadı bizə,

Şəhər axırımıza çıxdı,

Hansı tində bir əğyar var,

Bizim uğrumuza çıxdı.

 

Sevən guya xoşbəxt-zaddı,

Gördük neçə Şəhrizadı...

İki misra şeir yazdıq –

Biri ağrımıza çıxdı.

 

Sirdi bu sevgi işləri,

Vurulduq, günah işlədik?

Hətta əfsanə eşqlərin

Qanı bağrımıza çıxdı.